Meksika rəsmiləri “Lorena” qasırğası səbəbindən bir neçə bölgədə həyəcan səviyyəsini elan edib

Meksika rəsmiləri cümə axşamı günü “Lorena” qasırğası səbəbindən Sakit okean sahillərindəki Nayarit, Kolima və Xalisko ştatlarının bir neçə bölgəsində yüksək – narıncı həyəcan səviyyəsini elan edib.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, Xaliskonun şimal-qərbində maksimal – qırmızı təhlükə səviyyəsi tətbiq olunub. Bu barədə Milli Mülki Müdafiə Administrasiyasının dərc olunmuş bülletenində bildirilib.

Cərəyan hazırda Xalisko sahillərindən 25 km məsafədə yerləşir və şimal-qərbdən 4,7 m/san. sürətlə hərəkət edir. Küləyin sürəti 30 m/san., arabir 38,8 m/san.-dək artır. Qasırğa səbəbiylə onlarla bələdiyyədə məktəblərdə dərs ləğv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə