Gürcüstan İŞİD-lə əlaqədə şübhəli bilinən şəxsi Rusiyaya təhvil verib

Gürcüstan terrorçuluqda şübhəli bilinən Ramazan Əhədov adlı Rusiya vətəndaşını ölkəsinə təhvil verib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani məlumat verib. Nazir həmin şəxsə qarşı İŞİD üçün adam toplamaq, 2013-2015-ci illər ərzində bu təşkilat tərəfindən döyüşlərdə iştirak etməklə bağlı ittihamlar irəli sürüldüyünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə