Somalinin paytaxtında partlayış nəticəsində iki nəfər ölüb

Somalinin paytaxtı Moqadişoda baş verən partlayış nəticəsində iki nəfər ölüb.

SİA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bomba paytaxtın mərkəzində yerli millət vəkili Abdulkadir Arabounun olduğu avtomobilin yaxınlığında partlayıb.

Partlayış nəticəsində deputatın cangüdəni və sürücüsünün öldüyü bildirilir. Arabou özü xəsarət almayıb.

Yerli radioda partlayış nəticəsində daha bir neçə nəfərin yaralandığını xəbər verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...