“Türkiyənin gündəmində erkən seçki yoxdur" - AKP-nin katibi Ömər Çelik

“Türkiyənin gündəmində erkən seçki yoxdur, çünki seçki prosesinə vətəndaş hakimdir, vətəndaşlar da bunu istəmirlər”.

SİA xəbər verir ki, bu fikri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətinin Mərkəzi Komitəsinin növbəti toplantısından sonra partiyanın katibi Ömər Çelik bildirib.

O, deyib ki, hazırkı iqtidar gündəmə hakimdir və Türkiyə üçün yeni bir islahatlar dönəmi başlayır.

AKP sözçüsü bildirib ki, bu islahatlar ilk olaraq hərbi və məhkəmə sahəsindəki qanunlarla bağlı olacaq: “Türkiyə Böyük Millət Məclisinin oktyabr ayında yeni sessiyaya başladığında Türkiyənin məhkəmə strukturlarında islahatlarla bağlı qanun layihəsindəki dəyişiklərin məclisin gündəminə gələcəyi gözlənilir”.

Bütün xəbərlər Facebook səhifəmizdə