İstanbulda kimya fabrikində baş vermiş yanğın davam edir

İstanbulun Tuzla rayonundakı kimya fabrikində baş verən yanğının söndürülməsi işləri davam edir. SİA xəbər verir ki, yerli vaxtla saat 14:55-də fabrikdə güclü partlayış baş verib.

Alovun qarşısının alınması üçün cəlb edilən yanğınsöndürmə briqadasının altı əməkdaşı qatı tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində ətrafdakı avtomobillər də yanıb.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə