Bolqarıstan NATO ölkələri arasında müdafiə xərclərinə görə lider dövlətə çevrilir

Bolqarıstanın “Dnevnik” nəşrinin məlumatına əsasən, ölkə səkkiz ədəd “F-16 Block 70” qırıcı təyyarələrini 1 milyard 256 milyon dollara almaqla NATO ölkələri arasında müdafiə xərclərinə görə lider dövlətə çevrilir.

SİA xəbər verir ki, hazırda ölkənin müdafiə xərcləri ildə ÜDM-nin 2,6 faizi təşkil edir. NATO-nun tövsiyələrinə görə, alyansa üzv ölkələr ildə ən azı ÜDM-nin 2 faizini müdafiə xərclərinə yönəltməlidirlər. Bu xərclərin 20 faizi isə yeni silahlar və cihazların alınmasına sərf olunmalıdır. NATO-ya üzv ölkələr arasında yalnız ABŞ Bolqarıstanı bu göstəriciyə görə üstəliyir. Beləki ABŞ ÜDM-nin 3,42 faizini bu istiqamətə yönəldib.

Qeyd edək ki, Bolqarıstan keçən il müdafiə xərclərinə yalnız ÜDM-nin 1,53 faizini yönəldib və silahlanmanın modernizasiyasını etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...