Conson Brexitə görə kimdənsə xahiş etməyəcək

Böyük Britaniyanın Baş naziri Boris Conson Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerlə görüşündə Brexit vaxtının dəyişdirilməsini xahiş etmək niyyətinin olmadığını təsdiqləyib. SİA Britaniya KİV-lərinə istinadla xəbər verir ki, Conson və Yunker bu gün Lüksemburqda görüşüblər.

“Tərəflər konstruktiv görüş keçiriblər. Liderlər aparılmış danışıqları (Brexit şərtləri barədə) müzakirə ediblər. Baş nazir təsdiqləyib ki, Brexitin sonrakı vaxta keçirilməsini xahiş etməyəcək və ölkəni oktyabrın 31-də Avropa İttifaqından çıxaracaq. Liderlər diskussiyaların fəallaşdırılması və elçilərin gündəlik görüşlərinin keçirilməsi barədə razılığa gəliblər”, - deyə Britaniya Baş naziri dəftərxanasının rəsmi nümayəndəsi jurnalistlərə bildirib.

Hazırda Brexit ətrafında vəziyyət dalana dirənib: ölkə parlamenti Aİ ilə indiki formada sazişin əleyhinə çıxış edir, lakin həm də sazişsiz Brexitin qəti əleyhinədir. Aİ danışıqların bərpasından və sazişə yenidən baxılmasından imtina edir. Baş nazir Britaniyanın Avropa İttifaqını nəzərdə tutulan vaxtda - oktyabrın 31-də tərk etməsində inad göstərir. Conson növbədənkənar seçkilər keçirmək təklifini iki dəfə müzakirəyə çıxarıb və hər iki halda parlament təklifi qəbul etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...