Tunisdə prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

Tunisdə ötən gün keçirilən prezident seçkilərinin qeyri rəsmi və ilkin nəticələri açıqlanıb. SİA-nın verdiyi məlumata görə, Tunisdə ötən gün keçirilən prezident seçkilərinin səslərinin sayımı və hesablanması davam edir. Məlumata görə səslərin 27 faizinə baxılıb və ilkin nəticələrə görə əl-Müstəqbəl partiyasının namizədi Qeys Səid qutulara atılan səslərin 19 faizini əldə etməklə öndə gedir.

Ondan sonra 15 faiz səslə hazırda polis tərəfindən saxlanılmış Nəbil əl-Qəravi, üçüncü yerdə isə islamçı ən-Nəhda hərəkatının namizədi Əbdül-Fəttah Mouru qərarlaşır.

Tunis Seçki Komitəsinin məlumatına görə ötən günkü seçkilərə seçicilərin yalnız 45 faizi qatılıb. Bu rəqəm inqilabdan (2011) sonra keçirilən 2014-cü ilin prezident seçkilərilə müqayisədə çox az bir rəqəm hesab edilir.

Tunisin bundan öncəki prezident seçkilərinə səsvermə səlahiyyətinə malik olan vətəndaşların 63 faizi qatılmışdı.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...