Naməlum şəxs metroda insanları atəşə tutdu

Moskvada “Timiryazevskaya” metro stansiyasında atışma baş verib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb.

Qeyd olunur ki, naməlum şəxs metronun vestibülünə daxil olaraq atəş açmağa başlayıb və iki nəfəri yaraladıqdan sonra hadisə yerindən uzaqlaşıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti ağır olaraq qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə