Kolumbiyada yüngülmühərrikli təyyarənin yerə çırpılması nəticəsində 7 nəfər ölüb

Kolumbiyanın Popayan şəhərində yüngülmühərrikli təyyarənin yerə çırpılması nəticəsində 7 nəfər ölüb.

SİA xəbər verir ki, bu barədə “El Tiempo” nəşri məlumat yayıb.

Bildirilir ki, təyyarənin göyərtəsində 9 nəfər olub, onlardan ikisi xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qəzanın uçuşdan bir neçə dəqiqə sonra baş verdiyi deyilir. Ehtimal olunur ki, qəzaya səbəb təyyarənin mühərrikinin sıradan çıxması olub.

Hadisə zamanı təyyarə binaların üstünə düşüb. Faciənin baş verdiyi yerdə vəziyyəti qiymətləndirmək üçün rəsmi şəxslər araşdırmalar aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...