Tramp ehtiyac yaranacağı halda ölkənin strateji neft ehtiyatlarından istifadə etməyə icazə verib

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanındakı neft obyektlərinə edilən hücumlardan sonra bazarın vəziyyətini sabitləşdirmək üçün ehtiyac yaranacağı halda ölkənin strateji neft ehtiyatlarından istifadə etməyə icazə verib.

A xəbər verir ki, amerikalı lider qərarını “Twitter” hesabında açıqlayıb.

“Səudiyyə Ərəbistanındakı hücumların neft qiymətlərinə təsir edə biləcəyini nəzərə alaraq, lazım olacağı təqdirdə strateji neft ehtiyatında olan neftin bazarlara normal tədarük səviyyəsini qorumaq məqsədilə kifayət edəcək həcmdə istifadəsinə icazə verdim”, - Tramp belə deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə