Yeni Zelandiya sahillərində 5,9 bal gücündə zəlzələ olub

Şənbə günü Yeni Zelandiya sahillərində 5,9 bal gücündə zəlzələ olub. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Geoloji xidməti yayıb. Yeraltı təkanlar UTC vaxtı ilə saat 16:21-də (Bakı vaxtı ilə 20:21) qeydə alınıb. Zəlzələnin episentri Lavui yaşayış məntəqəsindən (Şimali Maluku əyaləti) 108 kilometr məsafədə, ocağı yerin 10 kilometr dərinliyində yerləşib. Mümkün tələfat və dağıntılar barədə məlumat verilmir. Yeni Zelandiya Sakit okean odlu dairəsinin (güclü tektonik qırılma) tərkib hissəsidir. Burada hər il 4 baldan yuxarı 6-7 min zəlzələ baş verir.

Bütün xəbərlər Facebook səhifəmizdə