Səudiyyə Ərəbistanındakı neft emalı zavodunda partlayış PUA-lar tərəfindən həyata keçirilib

Səudiyyə Ərəbistanında dövlətə məxsus neft emalı zavodunda güclü yanğın başlayıb.

SİA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, Abkayk bölgəsində - "ARAMCO" şirkətinə məxsus müəssisə yanır. Rəsmi Ər-Riyad ərazinin nəzarətə götürüldüyünü, yanğına qarşı tədbirlərin başladığını bildirsə də, alovun gücləndiyi müşahidə olunur. Hələlik itkilər barədə açıqlama verilməyib.

Zavodda baş vermiş güclü yanğının "Hüsilər" tərəfindən törədildiyi müəyyən edilib. Hadisənin məsuliyyətini üzərinə götürən "Hüsilər" etiraf edib ki, yanğının törədilməsində 10 PUA-dan istifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə