Prezidentin mətbuat katibi Vladimir Putinin Koçaryanla görüşəcəyi barədə sualı cavablandırıb

Bu günlərdə erməni mətbuatının diqqət mərkəzində olan əsas mövzu Rusiya Prezidenti Vladimir Putinin Yerevana qarşıdakı səfəri zamanı hazırda həbsdə olan Ermənistanın sabiq prezidenti Robert Koçaryanla görüşəcəyi ilə bağlıdır.

"Sputnik-Armenia" agentliyi bu sualla Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskova müraciət edib. S

İA "Sputnik-Armenia" agentliyinə istinadla xəbər verir ki, D.Peskov bu məsələ barədə deyib: "Hələ ki, bilmirik". Kremlin sözçüsü məlumatı nə təsdiq, nə də təkzib edib ki, bu da erməni siyasətçiləri arasında yeni müzakirələrə səbəb olub.

Xatırladaq ki, Avrasiya Ali Şurasının iclası oktyabrın 1-də Yerevanda keçiriləcək. Erməni mətbuatı yazır ki, bu tədbirdə iştirak edəcək Rusiya Prezidenti səfər zamanı Robert Koçaryanla da görüşə bilər. Həbsdə olan sabiq dövlət başçısının azadlığa buraxılması ilə bağlı son məhkəmə qərarı isə sentyabrın 17-də elan ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə