“Dorian” qasırğası Baham adalarını cəhənnəmə çevirdi - 2500 itkin

Baham adalarında “Dorian” qasırğasından sonra təxminən 2,5 min insan itkin düşmüş hesab olunur. Anadolu agentliyinin məlumatına görə, bu barədə Baham adalarının fövqəladə hallar üzrə Milli Agentliyinin nümayəndəsi Karl Smit keçirdiyi mətbuat konfransında bildirib.

Hazırda Bahamda axtarış-xilasetmə işləri davam edir. Qasırğa nəticəsində həyatını itirənlərin sayı 50-yə çatsa da, bu rəqəmin artacağı gözlənilir.

Agentliyinin nümayəndəsi bildirib ki, qasırğanın ən təsirli olduğu iki adadan bu günə qədər 5 min adam təxliyə edilib, təxminən 7 min adam isə təxliyə ediləcəyini gözləyir.

Dəymiş ziyanın hesablanması üçün BMT tərəfindən Baham adalarına mütəxəssislər göndərilib. Mütəxəssislərin açıqlamalarına görə, hazırda 70 min insanın təcili yardıma ehtiyacı var.

Qeyd edək ki, qasırğa sentyabrın 1-də arxipelaqda ciddi fəsadlara yol açıb. Adalarda 13 minə yaxın bina zədələnib və ya dağılıb, geniş ərazilər su altında qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə