ABŞ hakimiyyəti Çindən gətirilən mallara rüsumun artırılmasını təxirə salmağa razılılaşıb

ABŞ hakimiyyəti Çindən gətirilən 250 milyard dollar dəyərində mallara tətbiq olunacaq rüsumun 25%-dən 30%-ə qədər artırılmasını Pekinin müraciəti əsasında iki həftə təxirə salmağa razılılaşıb.

A “TASS” agentliyinə istinadən xəbər verir ki, belə bir məlumatı ABŞ prezidenti Donald Tramp şəxsi “Twitter” səhifəsində paylaşıb.

“ÇXR-in Dövlət Şurasının baş nazirinin müavini Lyu Henin xahişi və eləcə də 1 oktyabr tarixində ÇXR-in qurulmasının 70 illiyinin qeyd edilməsi ilə əlaqədar 250 milyard dollar dəyərində idxal olunacaq məhsullara rüsumun 25%-dən 30%-ə qədər artımını xoşməramlı jest olaraq 1 oktyabrdan 15 oktyabradək təxirə salmağa razı olduq”, - deyə Tramp yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə