83 yaşlı keçmiş prezident vəfat edib

İndoneziyanın keçmiş prezidenti Buxaruddin Yusuf Həbibi 83 yaşında vəfat edib. "Jakarta Post"anın məlumatında deyilir ki, sentyabrın 9-da Həbibinin səhhəti pisləşib. Bundan sonra, o, Cakartadakı hərbi xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib və orada dünyasını dəyişib. Qeyd edək ki, Həbibi 1998-ci ildən 1999-cu ilədək ölkə prezidenti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə