Göyərtəsində ehtiyat avtomobil hissələri olan yük təyyarəsi Ohayo ştatının Tolido şəhər aeroportunun yaxınlığında qəzaya uğrayıb. SİA xəbər verir ki, yerli WTVG telekanalının yaydığı məlumata görə, hadisə bu gün səhərə yaxın, saat 3:00 radələrində (Bakı vaxtı ilə 11:00) baş verib. Təyyarədə iki nəfər olub, onların taleyi hələlik məlum deyil.

Yerə çırpılan təyyarə tamamilə yanıb.

Aeroportun təhlükəsizlik xidməti əməkdaşlarının sözlərinə görə, onlar qəza anına qədər təyyarənin ekipajından fəlakət siqnalı almayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...