Moskva-Antalya aviareysi Krasnodar hava limanına təcili eniş edib

Moskva-Antalya aviareysi Krasnodar hava limanına təcili eniş edib.

A-nın “RİA Novosti” yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya hava limanının mətbuat xidməti məlumat yayıb.

"Moskva vaxtı ilə 22.07-də, Moskva-Antalya marşrutu üzrə hərəkət edən “Red Wings” təyyarəsi Krasnodar Beynəlxalq Hava Limanına təcili eniş edib. İlkin məlumata görə, eniş texniki nasazlıq səbəbindən baş verib. Təyyarədə 215 sərnişin olub", - deyə məlumatda qeyd edilib.

Enişin normal olduğu bildirilib. Hadisənin başvermə səbəbi, detallar dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə