Türkiyənin Suriya ilə sərhəd bölgəsində salınmış çadır şəhərciyinin sürətlə böyüməsi təhlükəli həddə çatıb

Türkiyə ilə sərhəddə Suriyanın İdlib bölgəsində salınmış çadır şəhərciyinin sürətlə böyüməsi təhlükəli həddə çatıb.

SİA xəbər verir ki, hazırda bu çadır şəhərciyində yerləşən qaçqınların sayı 1 milyon nəfərə çatıb. Onların təxminən 400 mini may ayından bu bölgəyə gələnlərdir.

Prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyənin yeni bir qaçqın dalğasına ev sahibliyi etmək fikri yoxdur. Belə bir hal baş verərsə, suriyalı qaçqınların Avropaya kütləvi axını qaçılmaz olacaq.

Qeyd edək ki, bölgədəki qaçqınların əsas ümid yeri Türkiyədən çatdırılan humanitar yardımlardır. Çadır şəhərciklərində son dərəcə acınacaqlı vəziyyət hökm sürür. Su, ərzaq və dərman çatışmır, qışın gəlişi vəziyyəti daha da ağırlaşdıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...