Ermənistan ərazisində ard-arda iki zəlzələ qeydə alınıb

Sentyabrın 10-da axşam saatlarında Ermənistan ərazisində ard-arda iki zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, yeraltı təkanlar Gürcüstanın paytaxtı Tbilisidə də hiss olunub. Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzinin yaydığı məlumatda deyilir ki, birinci zəlzələ 5,2 bal olmaqla Tbilisi vaxtı ilə saat 20:22-də, ikincisi isə 4,2 bal olmaqla saat 20:24-də qeydə alınıb. Birinci zəlzələnin episentri Gürcüstan sərhədindən 9 kilometr, digəri isə 5 kilometr aralıda - Ermənistan ərazisində olub.

Bütün xəbərlər Facebook səhifəmizdə