Ərdoğan qəzəbləndi: "Bu hadisə həzm olunacaq bir şey deyil"

"Əminə Bulud xanımla bağlı hadisə həzm olunacaq bir şey deyil." Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əminə Bulud adlı qadının keçmiş həyat yoldaşı tərəfindən övladının gözü qarşısında bıçaqlanmasına münasibət bildirərkən deyib.

O, sözügedən cinayəti vəhşilik adlandırıb. Ərdoğan bu cür cinayətlərdən sonra edam qərarının bərpa edilməsi haqqında səslənən fikirlərə də münasibət bildirib: "Edam qərarını prezident kimi təkbaşıma vermək səlahiyyətim yoxdur. Parlamentdən belə bir qərar gələrsə, təsdiqləyəcəyimi deyə bilmərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...