İran ABŞ-ın Demokratiyanı Müdafiə Fondunu sanksiya siyahısına daxil edib

İran Xarici İşlər Nazirliyi (XIN) ABŞ-ın Demokratiyanı Müdafiə Fondu və Fondun direktoru Mark Duboviçi sanksiya siyahısına daxil edib. SİA-nın "İRNA" agentliyinə istinadən verdiyi məlumata görə, rəsmi Tehran ABŞ-ın Demokratiyanı Müdafiə Fondu və Fondun direktoru Mark Duboviçin İrana qarşı sanksiyaların hazırlanmasında iştirak etdiyini bəyan edib. İran XİN-nin bəyanatında qeyd edilib ki, ABŞ-ın "iqtisadi terror"u İranda rejimi dəyişmək, hökumətin qərarlar qəbul etməsinə təsir göstərmək, ölkənin təhlükəsizliyi və suverenliyinə zərbə vurmaq məqsədi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə