Çinin Nançan beynəlxalq hava limanında yük təyyarəsinin xarab olması 196 reysin ləğvi və gecikməsi ilə nəticələnib SİA vilayət

Çinin Nançan şəhər beynəlxalq hava limanında xarici şirkətlərdən birinə məxsus yük təyyarəsinin uçuş-enmə zolağında xarab olması 196 reysin ləğv edilməsi və gecikməsi ilə nəticələnib. SİA vilayət hökumətinin saytına istinadən xəbər verir ki, yerli vaxtla gecə saat 03:00 radələrində havaya qalxmağa çalışan təyyarənin mühərriklərində nasazlıq yaranıb. Pilot qəza əyləc sistemini işə salaraq təyyarəni dayandırıb. Bu zaman təyyarənin şassiləri partlayıb və zolağın asfalt örtüyü zədələnib. Nəticədə hava limanında təyyarələrin enməsi və qalxmasında fasilə yaranıb. Təxminən 11 saat sonra nasaz təyyarə uçuş zolağından uzaqlaşdırılıb. Ondan sonra hava limanında uçuşlar bərpa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə