Etiraz aksiyası zamanı 29 nəfər saxlanılıb

Çinin xüsusi inzibati rayonu Honq Konqda etiraz aksiyaları davam edir. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, etiraz aksiyaları zamanı 19 kişi və 10 qadın etirazçı polislər tərəfindən saxlanılıb.

Məlumata əsasən, etirazçıların saxlanılmasına səbəb polis əməkdaşlarına hücum etmələri, hücum məqsədilə silah saxlamaları olub.

Qeyd edilir ki, qanunsuz etiraz aksiyasının qarşısını almaq üçün polislər gözyaşardıcı qazdan istifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə