Sudandakı yağışlar və daşqınlar nəticəsində azı 60 nəfər ölüb

Sudanda iyulun əvvəlindən başlayan güclü yağışlar və daşqınlar nəticəsində azı 60 nəfər ölüb, 101 nəfər xəsarət alıb. SİA xəbər verir ki, bu barədə "Sinhua" agentliyi yerli rəsmi dairələrə istinadən məlumat yayıb. "Yağışlar və daşqınlar bütün ölkəni bürüyüb", - ölkənin səhiyyə nazirinin müavini Süleyman Adbud-Cabbar belə deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...