Avstriya qeyri-leqal miqrasiyada hədəf ölkələri siyahısından çıxıb

Avstriyaya qeyri-leqal miqrasiya getdikcə azalmaqdadır. Bu barədə rəsmi rəqəmlər Cinayətkarlığa qarşı Mübarizə üzrə Federal İdarənin 2018-ci il üzrə hesabatında əks olunub. SİA xəbər verir ki, hesabata görə, Avstriya miqrant qaçaqmalçılığı üzrə ilk beşliyi tərk edib. 2018-ci ildə ölkə ərazisinə qeyri-leqal şəkildə daxil olmuş 21 min 236 nəfər saxlanılıb. Bu isə 2017-ci illə müqayisədə 23,5 faiz azalma deməkdir. Ötən il saxlanılanların 2843 nəfəri ölkəyə miqrant qaçaqmalçılarının müşayiəti ilə daxil olublar. 2017-ci ildə isə bu rəqəm 8994 nəfər idi.

Bütün xəbərlər Facebook səhifəmizdə