İspaniya Kralı ürək əməliyyatı keçirib

Şənbə günü İspaniya Kralı Xuan Karlosun ürəyində cərrahiyə əməliyyatı aparılıb. Əməliyyat uğurla keçib. Bu barədə France press agentliyi klinikanın nümayəndələrinə istinadla məlumat yayıb.

“Əməliyyat problemsiz ötüşüb. Pasient əməliyyat sonrası müşahidə üçün intensiv terapiya şöbəsinə göndərilib”, - deyə özəl klinikanın rəhbəri jurnalistlərə bildirib. Onun bəyanatı İspaniya İctimai Televiziyasının efirində canlı yayımlanıb. Klinikanın rəhbəri əlavə edib ki, 81 yaşlı Kral üçüncü dəfə koronar-şuntlama əməliyyatı keçirib.

Bu ilin mayında Kral evi xəbər vermişdi ki, iyunun 2-də Xuan Karlos Kral ailəsinin üzvü kimi onun üzərinə qoyulmuş ictimai vəzifələri icra etməyi dayandıracaq. 2014-cü il iyunun 2-də taxt-tacdan oğlunun xeyrinə imtina edən Xuan Karlos bundan beş il sonra ictimai tədbirlərdə iştirak etməməyi qərara alıb. O, hazırda da Kral titulunu daşımaqda davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə