Suriyadan Türkiyə təhdidi: "Məhv edərik”

"Türkiyə son dövr hərəkətləri ilə mücahidlərə silah tədarük etdiyi təsdiq edib." Teleqraf.com xəbər verir ki, bu sərsəm bəyanatla Suriya lideri Bəşər Əsədin sözçüsü Buseyna Şaban Livanın “Meydan” kanalına bildirib.

Əsədin sözçüsü deyib ki, Türkiyə Astana görüşlərində əldə edilən razılaşmaları yerinə yetirməyib və Suriyada qurduğu müşahidə postlarını silah transferi obyektlərinə və Suriya ərazilərini işğal nöqtələrinə çevirib.

Onun fikrincə, Türkiyənin Suriyada qurduğu hərbi müşahidə postlarında Əl-Nusra Cəbhəsinin silah alış-satışı həyata keçirilir və bu suriyalılara qarşı cinayətdir. Bəşər Əsədin sözçüsü bir qədər irəli gedərək Türkiyəni təhdid edib: “Murik kəndində Türkiyənin hərbi müşahidə postu mühasirə altındadır. Suriya ordusu müşahidə postunu və yaraqlıları məhv edə bilər”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...