ABŞ-ın “Avraam Linkoln” gəmisində qəza olub

Amerikanın Hörmüz boğazındakı hərbi təyyarələri daşıyan “Avraam Linkoln” gəmisində qəza başa verib. AZƏRTAC xəbər verir ki, F-18 qırıcı təyyarəsi əməliyyat uçuşundan sonra gəminin göyərtəsinə enərkən əyləc sistemində nasazlıq yaranıb. Vaxtında və yerində dayana bilməyən təyyarə göyərtədəki digər təyyarələrə dəyib. Nəticədə 4 ədəd F-18 qırıcı və 1 ədəd E2D hərbi kəşfiyyat təyyarəsi tamamilə yararsız vəziyyətə düşüb. İnsan itgisi haqqında məlumat verilmir. Nəticədə ABŞ-ın hərbi dəniz qüvvələrinə 1 milyard dollara yaxın ziyan dəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə