Türkiyə İraqın şimalında yeni əməliyyata start verib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Sinat-Hafta bölgəsində “Pəncə-3” əməliyyatına başlayıb. Türkiyənin “Hürriyet” qəzetinin yazdığına görə, Türkiyənin Müdafiə Nazirliyi əməliyyata dünən start verdiklərini açıqlayıb.

““Pəncə-3” əməliyyatına 23 avqustda başlanılıb. Əməliyyat sərhəd təhlükəsizliyini daha irəlidən təşkil etmək, Sinat-Hafta bölgəsində mövcud olan terrorçuları və istifadə etdikləri mağara, sığınacaqları zərərsizləşdirmək məqsədilə həyata keçirilir. Əməliyyata hava və yerüstü texnikalar dəstək verir”, - deyə nazirliyin yaydığı açıqlamada bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə