Rusiyada iki yol qəzasında 10 nəfər ölüb

Rusiyada şənbə günü baş verən iki yol-nəqliyyat hadisəsi nəticəsində 10 nəfər həlak olub. TASS informasiya agentliyi xəbər verir ki, avqustun 24-nə keçən gecə Moskva-Volqoqrad trasında minik avtomobili avtobusla toqquşub. Qəzaya Hyundai Solaris avtomobilinin əks hərəkət zolağına çıxması səbəb olub. Hadisə nəticəsində minik avtomobilindəki beş nəfər həyatını itirib.

İkinci ağır qəza isə bu gün səhər Kaluqada baş verib. Annenki rayonunda MAZ markalı yük maşını qarşı hərəkət zolağına çıxaraq Kia Sportage avtomobilinə çırpılıb. Minik avtomobilində olan beş nəfərin hamısı, o cümlədən iki uşaq həlak olub. Yük avtomobilinin yaralanan sürücüsü xəstəxanaya yerləşdirilib.

Hazırda polis işçiləri hadisə yerində araşdırma aparırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə