Gürcüstanda 50-dən çox tikinti şirkəti işini dayandırıb

İyulun 23-dən bu günədək Gürcüstanda tikinti işləri ilə məşğul olan 120 şirkətin fəaliyyəti araşdırılıb. Tikintidə əməyin təhlükəsizliyinin kobud şəkildə pozulmasına görə, onlardan 53-nün fəaliyyəti müvəqqəti dayandırılıb. SİA xəbər verir ki, bu barədə Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin departament rəisi Beka Peradze məlumat verib.

Onun sözlərinə görə, yoxlamalar zamanı tikinti şirkətləri 1,6 milyon laridən çox cərimə olunublar. Fəaliyyəti dayandırılmış tikinti şirkətlərinə nöqsanları aradan qaldırmaq üçün 10 gün vaxt verilib.

Qeyd edək ki, fəaliyyəti yoxlanılan şirkətlər arasında Azərbaycan sərmayəsi ilə çalışan şirkətlər də var. Lakin onlardan heç birinin fəaliyyəti dayandırılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...