Müsəlman qəbiristanlığı UNESKO-nun Ümumdünya İrsi Siyahısında

İraqın Nəcəf şəhəri yaxınlığında dünyanın ən qədim və ən böyük müsəlman qəbiristanlığı yerləşir. SİA xəbər verir ki, “Vadi-əs-Salam” (Sülh vadisi) adlanan bu qəbiristanlıq 1400 il əvvəl yaranıb. İslam dininin yarandığı dövrdən meydana gələn bu məzarlıq 600 hektar ərazini əhatə edir və hər il daha da genişlənir.

Bu qəbiristanlıqda peyğəmbərlər, alimlər, hökmdarlar dəfn ediliblər. Adəm peyğəmbərin, İmam Əlinin də məzarı məhz bu qəbiristanlıdadır. Böyük şəxsiyyətlərlə yanaşı burada sadə müsəlmanlar dəfn ediliblər. “Vadi-əs-Salam”da 5 milyondan çox qəbir var. Qəbirlərin biri-birinə çox yaxın olmasına baxmayaraq onların arasında cığırlar salınıb. Bu cığırlarla insanlar lazım olan qəbri tapıb onu ziyarət edirlər. Burada sadə qəbirlərlə yanaşı, sərdabələr də var ki, bu da ölənin kasıb, yaxud varlı olmasını göstərir.

“Vadi-əs-Salam” qəbiristanlığı 2010-cu ildə UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Qeyd etmək lazımdır ki, müsəlmanlar üçün müqəddəs sayılan məhərrəmlik ayında İmam Əlinin sərdabəsini ziyarətə etmək üçün Nəcəf şəhərinə 1 milyondan çox şiə gəlir. Ziyarətçilərdən ölən olarsa, onda həmin adamın cəsədi ölkəsinə göndərilmir, müsəlman qaydası ilə “Vadi-əs-Salam” qəbiristanlığında dəfn edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə