Britaniya sahillərində 50 miqrant xilas edilib

Böyük Britaniyanın sərhədçiləri və sahil mühafizəsi xidmətinin əməkdaşları La-Manş boğazında 50 miqrantı xilas ediblər. SİA-nın "TASS"a istinadən verdiyi məlumata görə, xilas edilən miqrantlar Fransadan Birləşmiş Krallığın ərazisinə keçməyə çalışırmışlar.

Bildirilir ki, miqrantlar Kent və Sasseks qraflıqlarının sahillərində xilas ediliblər. Onların xilas edilməsi üzrə əməliyyata bir neçə gəmi və helikopter cəlb edilib.

Qeyd edək ki, 2019-cu ilin ilk 7 ayı ərzində La-Manş boğazı vasitəsi ilə Böyük Britaniya ərazisinə 1,2 mindən artıq miqrant keçməyə cəhd edib. Onların təxminən 0,4 mini Fransa polisləri tərəfindən saxlanılıb, digərləri isə İngiltərə sahillərinə çata biliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...