ABŞ və Çin nümayəndələri arasında telefon məsləhətləşmələri aparılıb

ABŞ və Çin nümayəndələri ticarət məsələləri sahəsində məhsuldar telefon məsləhətləşmələri aparıb. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Lourens Kudlou "Fox Business" telekanalına bildirib. "Çinə gəlincə, iki ölkənin nümayəndələri məhsuldar telefon danışıqları aparıblar və onlar növbəti belə danışıqlar aparılması üçün bir neçə gün ərzində yenidən zəng edəcəklər. Burada diqqəti ticarət razılaşmasının əsas tərəflərinə yönəltmək istəyirik", - Kudlou belə deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə