Türkiyənin Muğla şəhərində meşəlik ərazidə yanğın baş verib

Türkiyənin Muğla şəhərinin Marmaris rayonunda meşəlik ərazidə yanğın baş verib. SİA xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğın söndürən briqadalar və helikopterlər cəlb olunub. Hazırda yanğının yaşayış ərazilərinə yayılmaması istiqamətində işlər davam etdirilir. Hadisənin baş vermə səbəbi məlum deyil. Qeyd edək ki, bu, son dörd gün ərzində eyni bölgədə qeydə alınan üçüncü yanğın faktıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...