Rusiya, İran və Türkiyə liderlərinin Sammitinin vaxtı açıqlanıb

Rusiya, İran və Türkiyə liderlərinin Sammiti sentyabrın 16-da Ankarada keçiriləcək. SİA "TASS" informasiya agentliyinə istinadən xəbər verir ki, Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğanın üçtərəfli görüşündə Suriya məsələsi müzakirə ediləcək. Bu barədə Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalın məlumat verib. Daha əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu sentyabrın 11-də üçtərəfli Sammit keçirilməsi planı barədə danışmışdı. Rusiya Prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib ki, görüşdə Suriya münaqişəsinin tənzimlənməsinin bütün aspektləri, o cümlədən humanitar və siyasi məsələlər, habelə yer üzündə vəziyyət müzakirə ediləcək. Xatırladaq ki, Rusiya, İran və Türkiyə liderlərinin ilk görüşü 2017-ci ildə Soçidə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə