Qızlar liseyi atəşə tutulub Əfqanıstanda

Əfqanıstanın paytaxtı Kabilin Şəkərdərə bölgəsində qızlar liseyi atəşə tutulub. SİA xarici KİV-ə istinadla xəbər verir ki, Əfqanıstanın Daxili İşlər Nazirliyinin nümayəndəsi Nasrat Rahimi hadisənin “Taliban” qruplaşması tərəfindən törədildiyini bildirib. O, hadisədən sonra liseyin yararsız vəziyyətə düşdüyünü qeyd edib. Təhsil Nazirliyinin nümayəndəsi Nuriyə Nuzhət liseydə 700 şagirdin təhsil aldığını, hazırda dərslərin dayandırıldığını deyib.

“Taliban” tərəfindən verilən açıqlamada liseyin onlar tərəfindən atəşə tutulmadığı iddia edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...