Toy mərasiminə terror hücumu: 80 ölü

Əfqanıstanın paytaxtı Kabilin qərbində toy mərasimində törədilən partlayış nəticəsində həlak olanların sayı azı 80 nəfərə çatıb. SİA bu barədə Reuters informasiya agentliyinə istinadla xəbər verir. Bundan əvvəl 63 nəfərin öldüyü və 82 nəfərin yaralandığı bildirilirdi.

Xatırladaq ki, partlayıcı qurğu şənbə günü yerli vaxtla saat 22:40-da paytaxtdakı toy salonlarından birində kamikadze tərəfindən işə salınıb. Hücumun məsuliyyətini ölkədə fəaliyyət göstərən İŞİD qruplaşması üzərinə götürüb.

Əfqanıstan Prezidenti Əşrəf Qani terror aktından sonra sərt bəyanatla çıxış edib. “Biz İŞİD-in sığınacaqlarını bütün ölkə boyu məhv edəcəyik. İŞİD-ə qarşı mübarizə aktivləşdiriləcək”, - deyə dövlət başçısı bildirib.

Prezident, həmçinin hadisə ilə əlaqədar ölkənin müstəqilliyinin 100-cü ildönümünün bayram edilməsinin başqa vaxta keçiriləcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...