Yəmənin şimalını nəzarətdə saxlayan "Ənsar Allah" hərəkatından (husilər) olan üsyançılar hava hücumundan müdafiə qüvvələrinin ABŞ-ın "MQ-9" çox məqsədli pilotsuz uçus aparatını Damar vilayətində raketlə vurduğunu söyləyib. SİA-nın məlumatına görə, bu barədə "Al-Masira" telekanalı xəbər verib.

Husilərin nümayəndəsinin sözlərinə görə, pilotsuz uçus aparatını vurduğu raket yerində modernləşdirilib və tezliklə mətbuat konfransında nümayiş etdiriləcək.

O, Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının "Yəmənin hava məkanına daxil olmazdan əvvəl min dəfə düşünməli" olduğunu bildirib.

Husilərin nümayəndəsi deyib ki, üsyançıların Yəmən üzərində səmada yad təyyarələrin görünməsinin qarşısını almaq üçün imkanları var.

Bütün xəbərlər Facebook səhifəmizdə