Norveç 2020-ci ildən ikili vətəndaşlığa keçir?

Norveç ikili vətəndaşlığa icazə verməyə hazırlaşır. Norveç KİV-lərinin yazdığına görə, Krallıq hökuməti ikili vətəndaşlığa icazə verən yeni qanunun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcəyini təsdiq edib.

Beləliklə, Norveçdə yaşamaq üçün qanuni icazəsi olan əcnəbi vətəndaşlar 2020-ci ildən başlayaraq öz ölkələrinin vətəndaşlığından imtina etmədən Norveç vətəndaşlığı almaq üçün sənəd verə biləcəklər. Başqa ölkələrdə yaşadıqları üçün Norveç vətəndaşlığından imtina edən norveçlilər də öz vətəndaşlıqlarını bərpa edə biləcəklər.

Norveç hökumətindən bildiriblər ki, Avropa Şurasının qaydaların dəyişməsini tənzimləyən konvensiyasının bir hissəsindən imtina etmək üçün Krallığa vaxt lazımdır. Norveç həmin məqsəd üçün Avropa Şurasına ötən ilin dekabrında – parlament ikili vətəndaşlığa icazə verilməsini bəyəndikdən dərhal sonra müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...