Yaponiyada istilərdən 7 nəfər ölüb

Son bir həftədə Yaponiyada istilərdən ən azı yeddi nəfər ölüb, yeddi mindən çoxu isə günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib. SİA xəbər verir ki, bu barədə avqustun 20-də Yaponiya Baş Yanğınsöndürmə İdarəsi məlumat yayıb. Qeyd edilir ki, son yeddi gündə günvurma nəticəsində 7338 nəfər xəstəxanaya yerləşdirilib. Hazırda bütün Yaponiya ərazisində kəskin istilər hökm sürür. Bir sıra rayonlarda havanın temperaturu 35 dərəcəni ötür.

Xəsarət alanların və ölənlərin əksəriyyəti, əsasən evlərdə qənaət məqsədilə kondisioner işlətməyən yaşlı insanlardır. Hakimiyyət orqanları sakinləri daha çox maye qəbul etməyə və uzun müddət Günəş altında qalmamağa çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...