Suriyada xəstəxana binası partladılıb

Suriyanın şimal-şərqində yerləşən Hasek əyalətində xəstəxana binası uzaqdan idarə olunan partlayıcı qurğu vasitəsilə partladılıb. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində bina çöküb. Yerli mətbuatın yaydığı xəbərdə bildirilir ki, Hasek şəhərinin cənubundakı Əl-Şeyx Həmd kəndində "Əl-Salyam" özəl xəstəxanasının binası partlayış nəticəsində dağıdılıb. Naməlum şəxslər tərəfindən həyata keçirilən partlayış zamanı yalnız dəymiş maddi ziyan barədə xəbər verilib, xəsarət alan, yaxud ölənlər haqda məlumat açıqlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...