Pakistan-Hindistan sərhədində atışma: mülki vətəndaşlar həlak olub

Pakistan-Hindistan sərhədində növbəti atışma baş verib. İki mülki Pakistan vətəndaşı həlak olub. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, bir nəfər də yaralanıb.

Pakistan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, Nazirliyə çağırılan hindistanlı diplomata hadisənin regional sülhə təhdid olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə