Razılaşdırılmamış Brexit nə deməkdir?

İngilis hökumətinin son bir ay ərzində hazırladığı razılaşdırılmamış Brexit ssenarisi mətbuata sızıb. SİA Sundey Times-a istinadən xəbər verir ki, “Sarı çəkic əməliyyatı” adlı sənəddə razılaşdırılmamış Brexitdən sonra ölkənin üzləşəcəyi böhranlar qeyd olunub.

Belə ki, ssenariyə əsasən ölkə neft, qida və dərman böhranıyla üzləşəcək. Həmçinin İngiltərənin parçası olan Şimali İrlandiya ilə Avropa Birliyi ölkəsi olan İrlandiya Cümhuriyyəti arasında fiziki sərhəd formalaşdırılacaq. Bu da bölgədə etirazlara səbəb olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə