Əfqanıstanın paytaxtı Kabildə bir toy mərasimində bomba partladılması nəticəsində 63 nəfər ölüb, 183 yaralı var. SİA Daily Mail nəşrinə istinadla xəbər verir ki, terror aktını “İslam dövləti” terrorçularının törətdiyi bildirilir. Yaralıların da bir çoxunun vəziyyətinin ağır olduğu barədə məlumat yayılıb.

Əfqanıstan Daxili İşlər Nazirliyinin rəsmi bəyanatında bildirilir ki, ölənlərin arasında çoxlu sayda uşaq və qadınlar var. Nazirliyin sözçüsü Nüsrət Rəhimi qeyd edib ki, terrorçuların yaxalanması və cəzalandırılması üçün bütün zəruri axtarış-əməliyyat tədbirlər görülür. Əfqanıstan Prezidenti Əşrəf Qəni də bu dəhşətli cinayəti pisləyib, ölənlərin ailələrinə başsağlığı verib.

Məlumatda bildirilir ki, “Taliban” hərəkatı da bu mənfur terror aktını pisləyən bəyanat yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...