Dubay gömrükçüləri avtomobilin ehtiyat hissələrinin içində gizlədilmiş iri həcmli narkotik vasitə aşkarlayıblar

Dubayın Cəbəl-Əli rayonunun gömrük mərkəzi tərəfindən avtomobilin ehtiyat hissələrinin içində gizlədilmiş 251 kiloqramdan çox kristalik metamfetamin və 6,4 kiloqram heroin aşkarlanıb. SİA Dubay Gömrük İdarəsinin məlumatına əsasən xəbər verir ki, narkotik maddələr "Smart Risk Engine" sistemi vasitəsilə aşkar edilib. Qeyd olunub ki, qanunsuz yolla ölkəyə narkotik vasitələr gətirən şəxs onları müxtəlif ölçüdəki ehtiyat hissələrinin içində gizlədib və bu da gömrükçülərin narkotikləri aşkar etməsini bir qədər çətinləşdirib. Lakin gömrük mərkəzindəki xidməti itlər narkotiklərin aşkarlanmasına kömək edib. Cəbəl-Əli Gömrük Mərkəzləri İdarəsinin direktoru Yusef Al Haşimi bildirib ki, onların əsas məqsədi cəmiyyəti narkotiklərlə bağlı təhlükələrdən müdafiə etməkdir. Ölkəyə narkotik vasitələrin gətirilməsi cəhdlərinin qarşısını almaq üçün müasir sistem yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...