Rusiyada yeniyetmə öncə bir ailə üzvlərini, daha sonra özünü öldürüb.

Bu gün yerli vaxtla Rusiyanın Ulyanovsk vilayətinin Patrikyeyevo kəndində şəxsi evdə üzərlərində zorakılıq əlamətləri olan 5 nəfərin - 66 yaşlı kişi, 69 yaşlı və 42 yaşlı qadınlar, o cümlədən 4 yaşlı iki uşağın meyitləri aşkarlanıb. SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, az sonra kənddə mobil rabitə qülləsinin yaxınlığında öldürülən şəxslərin qohumu olan 16 yaşlı yeniyetmənin meyiti tapılıb. Rusiya İstintaq Komitəsi iki və daha artıq şəxsin qətlə yetirilməsi, o cümlədən maddi ziyan vurulması maddələri ilə cinayət işi açıb. İstintaq Komitəsinin versiyasına əsasən, yeniyetmə öncə həmin ailə üzvlərini qətlə yetirib, daha sonra özünü öldürüb. Həmin yeniyetmə çoxuşaqlı ailədə böyük uşaq olub, bu il 10-cu sinfi bitirib. Oxuduğu məktəbdə onu müsbət xarakterizə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə