Çində 5 bal gücündə zəlzələ olub

Çin Xalq Respublikasının Tayvan adasında 5 bal gücündə zəlzələ olub. SİA Çin Seysmoloji Mərkəzinin məlumatına istinadla xəbər verir ki, zəlzələ yerli vaxtla saat 12:05-də Xualien dairəsində qeydə alınıb. Zəlzələ ocağı yer səthində 6 kilometr dərinlikdə olub.

Hələlik dağıntı və insan tələfatı barədə məlumat yoxdur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...